Azərbaycanda koronavirusdan ilk ölümün qeydə alındığı kənd:   “Ora getməyin...“ - VİDEOREPORTAJ

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda koronavirusdan ilk ölümün qeydə alındığı kənd: “Ora getməyin...“ - VİDEOREPORTAJ

Rəsmi

10 İyul 2020 21:26 2101


Baku TV komandası bu həftə Lənkaranın Boladi kəndinə üz tutub.

Bura koronavirusdan ölən ilk şəxsin olduğu kənddir. 10 000 əhalisi olan kənddə indiyədək 70 nəfər koronavirusa yoluxub.

Amma buna baxmayaraq, kənd camaatının küçədə maskasız, əlcəksiz gəzməsi müşahidə edilir. Burada hələ də virusa inanmayanlar olsa da, digər tərəfdən koronavirusdan sağaldıqlarına görə, qurban kəsənlər də var. pizza sifarişi

Qəribəsi budur ki, Baku TV komandası kəndə çatdığı zaman yol kənarında dayanan qadınlar bu kəndin təhlükəli olduğunu deyiblər və ora getməyin məqsədəuyğun olmadığını bildiriblər.

Ətraflı Baku TV-nin xüsusi buraxılışında baxa bilərsiniz:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!