Azərbaycanda koronavirusla bağlı qorxunc statistika:   Son gün 32 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda koronavirusla bağlı qorxunc statistika: Son gün 32 nəfər öldü

Sağlamlıq

23 Avqust 2021 20:06 3444


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 945 yeni yoluxma faktı qeydə alınıb, 1 027 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 32 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 394 451 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 346 810 nəfər müalicə olunaraq sağalıb, 5 340 nəfər vəfat edib. 42 301 nəfər aktiv xəstə sayını təşkil edib. pizza

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 079, bu günə qədər isə ümumilikdə 4 329 920 test icra olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!