Azərbaycanda koronavirusla bağlı sevindirici statistika:  Yoluxma sayı azaldı

Azərbaycanda koronavirusla bağlı sevindirici statistika: Yoluxma sayı azaldı

Sağlamlıq

17 Mart 2022 18:45 2648


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 99 yeni yoluxma faktı qeydə alınıb, 315 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 791 176 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 780 302 nəfər müalicə olunaraq sağalıb, 9 641 nəfər vəfat edib. 1 233 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 677, bu günə qədər isə ümumilikdə 6 651 787 test icra olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!