Azərbaycanda koronavirusla bağlı son statistika  - 8 nəfər öldü

Azərbaycanda koronavirusla bağlı son statistika - 8 nəfər öldü

Sağlamlıq

09 Yanvar 2022 15:42 1595


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 555 yeni yoluxma faktı qeydə alınıb 503 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 621 234 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 605 561 nəfər müalicə olunaraq sağalıb, 8 445 nəfər vəfat edib, aktiv xəstə sayı 7 228 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 395, ötən müddət ərzində isə ümumilikdə 5 943 023 test aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!