Azərbaycanda koronavirusla bağlı son statistika -  16 nəfər öldü

Azərbaycanda koronavirusla bağlı son statistika - 16 nəfər öldü

Sağlamlıq

08 Mart 2022 18:37 1758


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 276 yeni yoluxma faktı qeydə alınıb, 808 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 789 757 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 776 514 nəfər müalicə olunaraq sağalıb, 9 547 nəfər vəfat edib, aktiv xəstə sayı 3 696 nəfərdir.

Ölkədə son sutka ərzində 4 142, hazırkı dövrədək isə 6 607 460 test aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!