Azərbaycanda koronavirusla bağlı son statistika  - Ölən var + Foto

Azərbaycanda koronavirusla bağlı son statistika - Ölən var + Foto

Sağlamlıq Saytların hazırlanması

29 May 2022 16:50 3809


Azərbaycanda bu gün koronavirus infeksiyasına 1 yeni yoluxma faktı qeydə alınıb, 4 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada COVID-19-dan 1 nəfər dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 792 758 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 996 nəfər müalicə olunaraq sağalıb, 9 713 nəfər vəfat edib. 49 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 871, bu günə qədər isə ümumilikdə 6 890 579 test icra olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!