Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 582 yeni yoluxma faktı qeydə alınıb, 1 370 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 15 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 609 397 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 585 284 nəfər müalicə olunaraq sağalıb, 8 182 nəfər vəfat edib. 15 931 nəfər aktiv xəstə sayını təşkil edib. Dördpendirli pizza
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 495, bu günə qədər isə ümumilikdə 5 739 928 test icra olunub.
Telegram kanalımız