Azərbaycanda koronavirusla bağlı son statistika - Foto

Azərbaycanda koronavirusla bağlı son statistika - Foto

Sağlamlıq Saytların hazırlanması

04 İyun 2022 19:05 3403


Azərbaycanda bu gün koronavirus infeksiyasına 13 yeni yoluxma faktı qeydə alınıb, 11 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada COVID-19-dan dünyasını dəyişən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 804 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 040 nəfər müalicə olunaraq sağalıb, 9 713 nəfər vəfat edib. 51 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 302, bu günə qədər isə ümumilikdə 6 905 419 test icra olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!