Koronavirus pandemiyası dövründə sosial-iqtisadi sahənin ciddi ziyan çəkməsi üçün tədirlər planının əhatə dairəsi genişləndirilir.
Yenisabah.az xəbər verir ki, bu sırada xüsusi diqqət yetirilən məsələlərdən biri də əhalinin özünüməşğulluq proqramına səlb edilməsidir. Bunun üçün İşsizlikdən Sığorta Fondundan 70 milyon manat ayrılıb. Lakin hökumət bununla kifayətlənmir. Proqramın genişləndirilməsi məqsədilə Heydər Əliyev Fondunun Regional İnkişaf Birliyi və banklarla əməkdaşlıq edilir. Heydər Əliyev Fondu ilə əməkdaşlıq nəticəsində hər il 250 ailənin proqrama cəlb edilməsi nəzərdə tutulur.
Banklarla əməkaşlığa gəlincə, artıq aprelin 8-dən banklar tərəfindən proqram iştirakçılarına aktivlər verilməsinə başlanıb. pizza sifarişi
Həmçinin Dünya Bankı ilə layihəyə start verilir. Layihə çərçivəsində hər il 5 min ailənin özünüməşğulluğu təmin ediləcək.
Əlilliyi olan şəxslər də diqqət mərkəzindədir. Bunun üçün BMT-nin İnkişaf Proqramı ilə birgə 500 əlilliyi olan şəxsin biznesə çıxışına dəstək verilir.
Əhaliyə sosial ödənişlərin davamlılığını təmin etmək üçün də addımlar atılır. Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üzrə yaranmış 200 mln. manat ehtiyatı məhz bu istiqamətə yönəldilib. Məlumat üçün deyək ki, bu ödənişləri 2,3 milyon şəxs alır.
Aprelin 8-dən başlayaraq 15-nə qədər pensiyalar tam ödənilib. Aprelin 20-21-də isə müavinət, təqaüd və kompensasiya, ayın 28-də isə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq.
Yeri gəlmişkən, ünvanlı dövlət sosial yardımının verilməsi müddəti uzaldılıb. Həmçinin təyinat da sadələşdirilib.
Xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə də bu yardımın verilməsi karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadılıb. Bunun üçün əlavə 3 milyona manat ayrılıb.
Aprelin 1-dən ünvanlı sosial yarıdımı alanların sayı 10 min ailə artıb. Ümumilikdə 80 min ailənin 330 min üzvü ünvanlı sosial yardım proqramı ilə əhatə olunur. Hər ailəyə düşən yardımın məbləği 222 manatdır.
Sosial baxımdan ən həssas əhali qruplarından biri yaşı 65-dən yuxarı olan tənha şəxslərdir. Onlar da diqqətdən kənarda qalmayıb.
15 000-dən çox tənha yaşlıya sosial xidmətlər göstərilir. Sosial tərəfdaşlar vasitəsilə artıq 17 minədək ərzaq payı tənha və əlilliyi olan şəxslərə verilib.
Hazırda 9 sosial xidmət müəssisəsində 1000-dən çox şəxs stasionar şəraitdə sosial xidmətlərlə təmin olunur.
2020-ci il martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların əlillik müddəti xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadılıb. Bu tədbir 14 min nəfəri əhatə edir və bunun üçün 2.6 milyon manat ayrılıb.
Əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 kvts. həcmində artırılıb. Tələb olunan vəsait (2 aylıq) 10 milyon manatdır.
Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi nəzərdə tutulub. Bunun üçün il ərzində 40 milyon manat vəsait tələb olunur.
Telegram kanalımız