Azərbaycanda kürəkənin qayınatadan intiqamı –   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda kürəkənin qayınatadan intiqamı – Fotolar

Kriminal

04 Avqust 2019 05:30 1688


 Qaxda kürəkən qaynanasına əsəbiləşərək yanğın törədib.

Hadisə dünən gecə saatlarında Ləkit kəndi ərazisində yerləşən fermada baş verib.

Belə ki, həmin fermada yaşayan, əslən Zaqatalanın Gözbarax kəndindən olan ailənin qızı, 1991-ci il təvəllüdlü Nərmin Məmmədova dörd ilə yaxındır ki, həmkəndlisi Nicat Soltanovla ailə qurub. pizza mizza

Dəfələrlə münaqişə yaşadığını deyən Məmmədova iki gün əvvəl övladını da götürərək həmin fermaya, valideynlərinin yanına gəlib. Gecə saatlarında ora gələn Nicat Soltanov xanımını çölə cağırıb. Valideynləri onun qıza xəsarət yetirəcəyindən ehtiyat edərək buna icazə verməyiblər.

Ev sahibi Xuraman Məmmədova bildirib ki, kürəkəni Nicat bundan əsəbiləşib və həyətdə olan yardımçı tikiliyə od vurub. Tikilidə ev sahiblərinə məxsus, dəyəri 1000 manat olan 500 ot bağlaması tamamilə yanıb.

Bununla yanaşı, həmin ərazidə arıçılıqla məşğul olan insanlara da xeyli ziyan dəyib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!