“Biznesdə məmur-nomenklatur sahibkarlığının, məmur himayədarlığının aradan qaldırılmasına ehtiyac var”.
“Yeni Sabah” xəbər verir ki, bunu millət vəkili Əli Məsimli “Yeni Müsavat”a müsahibəsində deyib. O, bildirib ki, dövlətin, cəmiyyətin, biznesin və qabaqcıl texnologiyanın səmərəli kombinasiyasına nail olunması və bu əsasda ölkədə yenidən sürətli və rəqabətədavamlı tarazlı inkişfı təmin edilməlidir: “İslahatlar inhisarçılığın forma dəyişikliyi ilə müşayiət olunaraq monopoliyanın daha da gücləndirilməsinə yox, inhisarçılığın aradan qaldırılmasına, azad rəqabətin, azad sahibkarlığın inkiafına yönəldilməlidir”.
Ə. Məsimli hesab edir ki, bundan ötrü, hər şeydən əvvəl, inkişafımızı ləngidən məmur sahibkarlığı və onun törəməsi olan inhisarçılıq, korrupsiya, məmur özbaşınalıqları, kölgə iqtisadiyyatının aradan qaldırılmasına yönəlik sistemli tədbirlərin həyat keçirilməsini zəruridir: “Korrupsiyaya və digər bu kimi neqativlərə qarşı mübarizənin ən effektli üsulu kimi iqtisadiyyatın rəqəmsallaşdırılmasının genişləndirilməsi və bu əsasda məmurla vətəndaş arasında məsafə yaradılmasını zəruri hesab edirik. Dominos pizza
İqtisadiyyatın real sektorunun keyfiyyətli təhsil, elm və səriştə, bilik iqtisadiyyatı ilə sıx əlaqəsi təmin edilməlidir. İqtisadi siyasətdə strateji xətt kimi əsas gücün yeni texnika və texnologiyaya əsaslanan fundamental struktur və iqtisadiyyatın şaxələndirilməsi üzrə islahatların həyata keçirilməsinə verilməsi və keyfiyyətcə yeni inkişaf mərhələsinə keçıdin sürətləndirilməsi zəruridir”.
Telegram kanalımız