Azərbaycanda məşhur prodüserin əri həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda məşhur prodüserin əri həbs olundu

Kriminal

06 Dekabr 2022 15:29 2444


Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Bakıda hədə qorxu ilə pul tələb edən şəxs Rasim Həsənov saxlanılıb.

Modern.az xəbər verir ki, saxlanılan şəxs Rasim Həsənov tanınmış prodüser Təranə Səmədovanın həyat yoldaşıdır.

Bu barədə "Instagram" hesabında paylaşım edən T.Səmədova bildirib ki, əri Rasim Həsənovun keçmiş sevgilisi Abbas Səfərovun şikayəti əsasında həbs olunub. Marqarita pizza

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində instaqramda tanış olduğu şəxsi daha sonra barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək pul tələb edən Rasim Həsənov saxlanılıb. Onun müxtəlif vaxtlarda zərərçəkəndən metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında 1100 dollar aldığı müəyyən edilib. R.Həsənov barəsində toplanan materiallar Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!