Azərbaycanda molla qəbiristanlıqda öldü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda molla qəbiristanlıqda öldü

Hadisə

22 Mart 2022 15:45 705


Azərbaycanda qəbiristanlıqda ölüm hadisəsi baş verib.

“Report”un əldə etdiyi məlumata görə, hadisə Abşeron rayonunun Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə qəbiristanlığında məzarların birinin önündə yasin oxuyan 55 yaşlı İslam Abdullazadə qəfildən dünyasını dəyişib. Dominos pizza

Onun ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir.

Məlumata görə, dünyasını dəyişən şəxs qəsəbənin mollası olub. Hadisə baş verən zaman isə İ.Abdullazadə qəbiristanlığa yasin oxumağa çağırılıbmış.

Əslən Yardımlı rayonundan olan mərhum bu gün Saray qəbiristanlığında dəfn olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!