Azərbaycanda müəllim bıçaqlandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda müəllim bıçaqlandı

Kriminal

05 İyun 2025 22:38 1861


Ağdamda bıçaqlanma hadisəsi baş verib.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün rayonun Zəngişalı kəndində qeydə alınıb. Kənd sakini 1984-cü il təvəlüdlü Əsəd Nərimanov həmyerlisi ilə aralarında yaranmış mübahisə zəminində bıçaq xəsarətləri alıb.

Xəsarət alan şəxs Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra paytaxtda yerləşən xəstəxanalardan birinə göndərilib. pizza

Yaralanan Əsəd Nərimanov Rahib Məmmədov adına Mahrızlı kənd tam orta məktəbində fiziki tərbiyə müəllimi işləyir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən V.Səfərov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Saxlanılan şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün istintaqa təqdim olunub. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!