Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşları narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Yeni Sabah"a daxil olan məlumata görə, əldə edilən əməliyyat məlumatı əsasında Cəlilabad rayonu Günəşli kənd sakini Vasif İsmayılov saxlanılıb. Onun üzərində şəxsi axtarlıış aparılan zaman bir ədəd kibrit qutusunda qablaşdırılan 2,509 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq V.İsmayılovun idarə etdiyi “VAZ 2121” markalı avtomobildən əlavə olaraq 3,288 qram 12 büküm qurudulmuş marixuana, 2,125 qram narkotik vasitə metamfetamin, 15,487 qram 4 büküm həşiş qətranı və 5 ədəd kibrit qutusunda 28,135 qram çətənə bitksinin toxumları aşkar olunaraq götürülüb. V.Ismayilov narkotik vasitələrin ona məxsus olduğunu və həmyerlisi Qoşqar adlı şəxsdən aldığını bildirib. pizza sifarişi



Telegram kanalımız