Azərbaycanda nə qədər aktiv koronavirus xəstəsi var?   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda nə qədər aktiv koronavirus xəstəsi var? - Foto

Sağlamlıq

14 Sentyabr 2020 21:13 1060


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 14-nə olan statistik göstəriciləri açıqlayıb.

Yenisabah.az xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 3630 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 1 013 108 test aparılıb. Onlardan 38 403-nün cavabı pozitiv çıxıb. İndiyədək 564 nəfər COVID-19-dan dünyasını dəyişib, 35 860 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 1979 nəfərdir. 115 nəfər reanimasiyada, 12 nəfər süni tənəffüs cihazındadır. pizza hut

Xatırladaq ki, bu gün Azərbaycanda 76 yoluxma faktı qeydə alınıb, 2 nəfər dünyasını dəyişib, 104 pasiyent sağalıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!