Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 19-na olan statistik göstəriciləri açıqlayıb.
Yenisabah.az xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 6722 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 1 047 906 test aparılıb. Onlardan 39 042-sinin cavabı pozitiv çıxıb. İndiyədək 574 nəfər COVID-19-dan dünyasını dəyişib, 36 601 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 1867 nəfərdir. 108 nəfər reanimasiyada, 8 nəfər süni tənəffüs cihazındadır. pizza mizza
Xatırladaq ki, bu gün Azərbaycanda 148 yoluxma faktı qeydə alınıb, 2 nəfər dünyasını dəyişib, 177 pasiyent sağalıb.
Telegram kanalımız