Azərbaycanda orta aylıq əməkhaqqı 1100 manatı ötüb -   RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda orta aylıq əməkhaqqı 1100 manatı ötüb - RƏSMİ

Sosial

11 Fevral 2026 10:57 1486


2025-ci ilin ilkin məlumatlarına əsasən, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 9,3 faiz artaraq 1102,9 manat təşkil edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub. Pepperoni pizza

2026-cı il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən 1808,0 min nəfər olmuş, onlardan 865,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 942,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,1 faizi təhsil, 13,8 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 faizi tikinti, 6,2 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi maliyyə və sığorta fəaliyyəti, 15,1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!