Azərbaycanda palçıq vulkanı püskürdü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda palçıq vulkanı püskürdü

Hadisə

30 Yanvar 2026 19:33 735


Hacıqabul rayonunda yanvarın 30-da yerli vaxtla saat 16:53-də palçıq vulkanının püskürməsi qeydə alınıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Respublİka Seysmoloji Xİdmət Mərkəzi (RSMX) məlumat yayıb.

Bildirilib ki, palçıq vulkanının püskürməsi AMEA nəzdində RSXM-nin vulkanətrafı seysmik stansiyaları tərəfindən qeydə alınıb. RSXM-nin "Zəlzələ ocaqlarının dinamikası" şöbəsinin məlumatına əsasən, palçıq vulkanının püskürməsi 13 dəqiqə davam edib, bir faza ilə xarakterizə olunub. Toyuqlu pizza

Püskürmənin dərinliyi 3 kilometr, püskürmə nəticəsində ayrılan enerji "3.38×10^6 coul" olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!