Azərbaycanda pambıqçılıq ən populyar sahəyə çevrilir – Kiloqramı 65 qəpik

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda pambıqçılıq ən populyar sahəyə çevrilir – Kiloqramı 65 qəpik

İqtisadiyyat

20 Dekabr 2019 15:17 1731


Prezident İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlərlə bağlı keçirilən müşavirə bu sahəni yenidən diqqət mərkəzinə gətirib.

“Yeni Sabah” xatırladır ki, artıq pambıq yığımı başa çatıb. Statistik məlumatlara görə, bu il hər hektardan orta hesabla 29, 4 sentner, ümumilikdə 249 min ton pambıq yığılıb. Bu da ötən illərlə müqayisədə rekord göstəricidir.

Azərbaycanda ənənəvi aqrar sahə olan pambıqçılığın inkişaf tarixi 1913-cü ildən götürülür. Həmin il 1913-cü ildə Azərbaycanda 100 min hektar sahədə pambıq əkilib. Məhsuldarlıq isə hər hektardan cəmi 6 sentner təşkil edirdi. Daha sonra pambıq istehsalı bir qədər də artıb. Mərhum Prezident Heydər Əliyev Azərbaycan SSR-nin rəhbəri olduğu 1969-1982-ci illər pambıqçılığın sürətli inkişaf dövrü hesab edilir. Dördpendirli pizza

1969-cu ildə Heydər Əliyev birinci katib seçiləndə Azərbaycanda 200 min hektar sahədə pambıq əkilib. Məhsuldarlıq isə orta hesabla 15 sentner, ümumilikdə isə 300 min ton olub. 1980-ci illərin əvvəllərində isə məhsuldarlıq artaraq 30 sentnerə çatıb. Bəzi hallarda məhsuldarlıq 30 sentnerdən də çox olub. Əgər 1980-ci ildə pambıq tədarükü təqribən 800 min ton səviyyəsində olubsa, bir il sonra bu rəqəm 1 milyon tona çatıb.

Heydər Əliyev Moskvaya getdikdən sonra bu sahədə yenidən axsama başlayıb. Yalnız onun ikinci dəfə hakimiyyətə qayıdışı yenidən pambıqçılığa diqqəti artırıb.

Pambıqçılığın inkişafı üçün mühüm addımlar atılıb. Pambıqçılıq zavodları öz’lləşdirilib. Lakin pambıqçılığı inkişaf etdirməyə söz vermiş özəl şirkətlərin yarıtmaz fəaliyyəti bu sahəni məhvə aparıb. 2017-ci ildə ölkə başçısı İlham Əliyevin tapşırığı ilə bu sahəni yenidən dirçəltmək üçün Dövlət Proqramı qəbul olundu. Proqam 2017-2020-ci illəri əhatə edirdi. Bundan sonra pambıqçılıq sahəsində yenidən canlanma müşahidə olunmağa başlayıb. Dövlətin bu sahəyə diqqəti Azərbaycanda pambıqçılığın məhvinin qarşısını aldı.

Məlumat üçün deyək ki, son üç il ərzində dövlətin dəstəyi ilə 15 min 700 texnika, o cümlədən 400-dən çox pambıqyığan kombayn alınıb. Alınan texnikanın böyük əksəriyyəti Amerikanın ən qabaqcıl şirkəti olan “John Deere”in daha məhsullardır. Bu şirkətin məhsulları keyfiyyətə görə ən yüksək standartlara cavab verir. 

Bundan başqa, 100 min hektarda suvarma tədbirləri görülüb. 

2016-cı ildən isə pambığın hər kiloqramına görə istehsalçılara dövlət tərəfindən 10 qəpik subsidiya verilməyə başlanıb. 2015-ci ildə pambığın satınalma qiyməti 41 qəpik, 2016-2017-ci illərdə 50 qəpik idisə, 2018-ci ildən bu rəqəm 65 qəpiyə qədər artırılıb. Bu həvəsləndirici amil pambıqçılığın inkişafına daha da təkan verib. 

Dövlət bu sahəni inkişaf etdirmək üçün güzəştlər də tətbiq edir. Məsələn, pestisidlərin (pambıq becərilərkən vurulan dərman) güzəştlə verilməsinə başlanıb. Hər hektara güzəştlər 10 manatdan 50 manata qaldırılıb. Gübrələr üçün güzəştlər isə 100 manatdan 150 manata qədər artırlıb. 

Beləliklə, artıq məhv olduğu zənn edilən pambıqçılıq indi Azərbaycanda populyar sahəyə çevrilib. Hazırda Azərbaycanda 20 rayonda pambıq əkilir. Bu həm də minlərlə iş yeri deməkdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!