Azərbaycanda siyasi partiyaların ötən ilki gəlir və xərcləri bəlli olub.
“Yeni Sabah” xəbər verir ki, bu haqda məlumatı “Yeni Azərbaycan” qəzeti yayıb. Qəzetin araşdırması nəticəsində bəlli olub ki, bir sıra siyasi partiyaların gəlir və xərci 200 min manatdan yuxarıdır. Və hansısa təsadüfdən onların əksərinin gəlir və xərci təxminən eynidir.
Həmin siyahını təqdim edirik: Pepperoni pizza
Yeni Azərbaycan Partiyası (YAP)
Üzvlərinin sayı - 757 097
2021-ci ildə gəliri - 13 156 300 manat
Xərclər - 10 649 516 manat
Partiyanın ümumi mənfəəti - 2 506 784 manat
Milli İstiqlal Partiyası (AMİP)
Partiya üzvlərinin sayı göstərilməyib
İllik gəlir - 2380 manat
İllik xərci - 2515 manat 29 qəpik
İllik zərəri - 135 manat 29 qəpik
“Ümid” Partiyası
Partiya üzvlərinin sayı göstərilməyib
İllik gəlir - 0 manat
İllik xərci - 206 manat 23 qəpik
İllik zərəri - 206 manat 23 qəpik
“Müsavat” Partiyası
Partiya üzvlərinin sayı göstərilməyib
İllik gəlir - 5100 manat
İllik xərci - 5085 manat
İllik mənfəəti - 15 manat
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP)
Partiya üzvlərinin sayı göstərilməyib
İllik gəlir - 206 283 manat 65 qəpik
İllik xərci - 206 291 manat 3 qəpik
İllik zərəri - 7 manat 38 qəpik
Milli Cəbhə Partiyası (MCP)
Partiya üzvlərinin sayı göstərilməyib
İllik gəlir - 206 283 manat 65 qəpik
İllik xərci - 206 282 manat 23 qəpik
İllik mənfəəti - 1801 manat 42 qəpik
Böyük Quruluş Partiyası (BQP)
Partiya üzvlərinin sayı göstərilməyib
İllik gəlir - 206 398 manat 65 qəpik
İllik xərci - 195 809 manat 93 qəpik
İllik mənfəəti - 10 588 manat 72 qəpik
Azərbaycan Demokratik Maarifçilik
Partiyası (ADMP)
Partiya üzvlərinin sayı göstərilməyib
İllik gəlir - 206 358 manat 65 qəpik
İllik xərci - 202 745 manat 35 qəpik
İllik mənfəəti - 3613 manat 30 qəpik
Azərbaycan Xalq Partiyası (AXP)
Partiya üzvlərinin sayı göstərilməyib
İllik gəlir (ianə) - 660 manat
İllik xərci - 660 manat
İllik mənfəəti - yoxdur
Vətəndaş və İnkişaf Partiyası (ADMP)
Partiya üzvlərinin sayı göstərilməyib
İllik gəlir - 200 manat
İllik xərci - 200 manat
İllik mənfəəti - yoxdur
Müstəqli Xalq Partiyası (MXP)
Partiya üzvlərinin sayı göstərilməyib
İllik gəlir - yoxdur
İllik xərci - 590 manat
İllik zərəri - 590 manat
Ana Vətən Partiyası (AVP)
Partiya üzvlərinin sayı göstərilməyib
İllik gəlir - 206 283 manat 99 qəpik
İllik xərci - 203 960 manat 19 qəpik
İllik mənfəəti - 2323 manat 8 qəpik
Demokratik İslahatlar Partiyası (DİP)
Partiya üzvlərinin sayı göstərilməyib
İllik gəlir - 206 283 manat 65 qəpik
İllik xərci - 209 587 manat 95 qəpik
İllik zərəri - 3304 manat 30 qəpik
Vətəndaş Həmrəyliyi Partiyası (VHP)
Partiya üzvlərinin sayı göstərilməyib
İllik gəlir - 256 14 manat 76 qəpik
İllik xərci - 276 561 manat 82 qəpik
İllik zərəri - 20 547 manat 6 qəpik
“Ədalət” Partiyası
Partiya üzvlərinin sayı göstərilməyib
İllik gəlir - 1463 manat 97 qəpik
İllik xərci - 1463 manat 97 qəpik
İllik mənfəət - yoxdur
“Aydınlar” Partiyası
Partiya üzvlərinin sayı göstərilməyib
İllik gəlir - yoxdur
İllik xərci - 420 manat 73 qəpik
İllik zərəri - 420 manat 73 qəpik
“Milli Vəhdət” Partiyası, Böyük Azərbaycan Partiyası, “Qorqud” Partiyası, Müasir Müsavat Partiyası, Azərbaycan Tərəqqi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Liberal Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Milli Həmrəylik Partiyası, Cümhuriyyət Xalq Partiyası, Azərbaycan Kommunist Partiyası, Azərbaycan Təkamül Partiyası, “Birlik” Partiyası və Azərbaycan Sosial Demokrat Partiyası MSK-ya hesabat təqdim etsələr də, hesabatlarda heç bir göstərici və rəqəm əks olunmayıb.
Telegram kanalımız