Azərbaycanda pensiya ilə bağlı müddətin azaldılması   təklif olunur

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda pensiya ilə bağlı müddətin azaldılması təklif olunur

Sosial

03 Mart 2026 11:44 8456


Azərbaycan Ombudsmanı Milli Məclisdə çıxışı zamanı əmək pensiyaları ilə bağlı yeni təklif irəli sürüb.

"Yeni Sabah" xəbər verir ki, təklifə görə, artıq ödənilmiş əmək pensiyası və pensiyaya əlavələrin geri tutulma müddəti indiki 3 il əvəzinə 1 ilə endirilməlidir.

Ombudsman vurğulayıb ki, əgər artıq ödəniş pensiyaçının şəxsi səhvi səbəbindən deyil, müvafiq qurumun işində yaranmış funksional boşluqlar nəticəsində baş veribsə və sonradan aparılan geri tutulmalar onun sosial vəziyyətinə mənfi təsir göstərirsə, geri tutulma müddəti məhdudlaşdırılmalıdır. pizza hut

Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş məbləğ son 3 il üçün geri alınır. Ombudsmanın təklifi bu müddəti 1 ilə endirməyi nəzərdə tutur. 

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Minayə
    Bəs əəsmn tərəfindən pensiyaçıya son 3 ilin borcunun 3 ilə qaytarılması necə olsun. Onda pensiyaçıya borcun qaytarılması da 1 ilə qədər olmalıdır
    2 months ago