Azərbaycanda peyvənd başladı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda peyvənd başladı

Sağlamlıq

05 Noyabr 2020 21:42 1347


Hazırda dünyada və ölkəmizdə  koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq epidemik vəziyyəti gərginləşdirməkdədir. 

TƏBİB-in mətbuat xidmətindən “Yeni Sabah”a daxil olan xəbərdə bildirilir ki, eyni zamanda payız və qış fəsillərində mövsümi qrip  və digər  etiologiyalı kəskin tənəffüs yolları infeksiyalarının sayının artması  müşahidə edilir.

Koronavirus (COVID-19) infeksiyası ilə yanaşı, sözügedən xəstəliklərin də mövcudluğu epidemik vəziyyətin gərginləşməsinə səbəb ola bilər. Risk ehtimalını nəzərə alaraq, mövsümi qripə qarşı peyvəndin aparılması zəruridir. pizza sifarişi

Ölkədə ilk dəfə olaraq TƏBİB Səhiyyə Nazirliyi ilə birlikdə ölkəmizdə peyvənd olunacaq risk qruplarını müəyyənləşdirmiş və vaksinasiya prosesi başlamışdır. Qripə qarşı peyvənd respublikanın bütün şəhər və rayonlarında tibb işçiləri (həkimlər, orta tibb personalı), hamilələr, 6 aydan başlayaraq uşaqlar, xroniki tənəffüs sistemi xəstəlikləri olan əhali qrupları arasında könüllü aparılır.  

Bu gün Ə.D. Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı, və qurumun işçilərinin bir qismi qripə qarşı peyvənd  olunub.

Ölkəmizə gətirilən qripə qarşı vaksinasiya Niderland Krallığında istehsal olunmuş  İnfluVak Tetra  peyvəndi, dördvalentli, inaktivasiya olunmuş peyvənddir.  Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənmiş və  2020-2021-ci il mövsümünə aid qrip peyvəndinə qoyulmuş tələblərə uyğundur. Peyvənd tək nəfərlik doza şəklində şprisə yığılmış haldadır. Vaksin mütləq olaraq tibb müəssisəsində və tibb işçisi tərəfindən vurulmalıdır. 

Vaksinasiya ölkə üzrə tələblərə cavab verən xüsusi ayrılmış tibb müəssisələrində 2020-ci il 12 oktyabrdan başlayıb. Proses bir ay müddətində həyata keçiriləcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!