Azərbaycanda qadın müğənni həbs olundu - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda qadın müğənni həbs olundu - Foto

Kriminal

15 May 2025 13:02 1940


Özünü müğənni kimi təqdim edən Dəniz Əsədova hakim qarşısına çıxarılıb. O, dörd nəfəri təhqir etməkdə və onlara böhtan atmaqda ittiham edilib. Əsədova sosial şəbəkələrdə hakimləri, prokurorluq əməkdaşlarını və digər vəzifəli şəxsləri də təhdid etməsi ilə gündəmə gəlib.

Musavat.com xəbər verir ki, onun barəsində Binəqədi Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında dörd şikayət daxil olub. İddiaçılar arasında tanınmış vəkillər və həkimlər var.

Bu gün məhkəmə vəkil Asim Abbasovun şikayətini təmin edib və Dəniz Əsədova məhkəmə zalında həbs edilib. pizza mizza

Asim Abbasov müğənnini onun barəsində sosial şəbəkələrdə yalan və həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlar paylaşdığına görə xüsusi ittiham qaydasında məhkəməyə vermişdi.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!