Azərbaycanda qadını ata bağlayaraq sürüyüblər

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda qadını ata bağlayaraq sürüyüblər

Kriminal

10 Oktyabr 2019 09:21 901


Goranboy rayonunda 35 yaşlı qadını ata bağlayaraq sürüyüblər. 

"Yeni Sabah"ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb. 

Belə ki, rayon sakini, 1984-cü il təvəllüdlü Sahilə Ələkbərova bir neçə gün əvvəl itmiş atlarının qonşusunun həyətində olduğunu görərək onlara gedib. S.Ələkbərova qonşusundan atlarını geri qaytarmağı tələb edib. Bu zaman iki qonşu qadınla aralarında mübahisə yaranıb. Qonşu qadın oğlu və qızı ilə birlikdə S.Ələkbərovanı döydükdən sonra qadını həmin ata bağlayaraq sürüyüblər.  pizza

Ağır bədən xəsarətləri alan qadın ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. 

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, araşdırmalara başlanılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!