Azərbaycanda qaraçılar tərəfindən anasından alınıb diləndirilən uşağın dəhşətli həyatı - Video

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda qaraçılar tərəfindən anasından alınıb diləndirilən uşağın dəhşətli həyatı - Video

Sosial

23 Yanvar 2024 21:07 1290


Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki sayında dörd yaşında olarkən anası tərəfindən qaraçılara verilən Ümid Mənsimov öz həyat hekayəsini danışıb.

Hazırda kuryer kimi çalışan Ümidin sözlərinə görə, anası onu atdıqdan sonra qaraçılar tərəfindən diləndirilib, zorakılığa məruz qalıb. pizza hut

“Məndən əlavə dörd uşaq var idi. Oğurlayıb diləndirdikləri uşaqlar da olurdu. Həmin uşaqlardan birini – Nicatı axtarıram. Ona çox işgəncə verirdilər. Qaşığı, şişi qızdırıb bədəninə basırdılar. Az pul gətirdiyimizə görə bizi döyürdülər”.

Ümidə verilən işgəncələri bilən qonşuların sayəsində o qaraçıların əlindən qurtularaq “Ümid yeri” uşaq sığınacağına yerləşdirilib, daha sonra isə övladlığa verilib.

Ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!