Azərbaycanda qəribə hadisə -   Atasının cinsi qadın kimi qeyd olundu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda qəribə hadisə - Atasının cinsi qadın kimi qeyd olundu

Hadisə

21 İyul 2025 10:57 675


Ağcabədi sakini ötən il vəfat edən atasının adına olan həyətyanı sahəni və avtomobili öz adına keçirmək istəyərkən qəribə hadisə ilə üzləşib.

Modern.az-ın məlumatına görə, qeydiyyat şöbəsində ona bildirilib ki, doğum haqqında akt qeydində atasının adı, soyadı və cinsi səhv yazılıb.

Digər sənədlərdə (doğum haqqında şəhadətnamə, nikah şəhadətnaməsi və sair) vətəndaşın məlumatları doğru olsa da, doğum haqqında akt qeydində atasının soyadı "***ova", cinsi "qadın" qeyd edilib. Buna görə vətəndaş həyətyanı sahəni və avtomobili öz adına keçirə bilməyib. Toyuqlu pizza

Problemlə üzləşən vətəndaş Şirvan inzibati məhkəməsinə üz tutub. Məhkəmə vətəndaşın şikayətini haqlı hesab edib və doğum haqqında qeyddə atasının məlumatlarının düzəldilməsinə qərar verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!