Azərbaycanda koronavirusla bağlı bu günə olan statistik göstəriciləri açıqlanıb.
TƏBİB-dən Yenisabah.az-a daxil olan məlumata görə, bu gün ölkədə koronavirusla bağlı 6722 test edildiyi bildirilib.
Məlumata görə, indiyə qədər Azərbaycanda 516 533 test aparılıb. pizza sifarişi
Xatırladaq ki, bu günə qədər ölkəmizdə 20 324 nəfər koronavirusa yoluxub. 250 nəfər ölüb, 11 742-i isə sağalıb. Hazırda 8332 nəfər aktiv xəstə kimi qeydiyyatdadır.
Həmin şəxslərdən 348 nəfərin vəziyyəti ağırdır, 60 nəfər isə süni tənəffüs aparatı vasitəsilə xəstəliklə mübarizə aparır.
Telegram kanalımız