Azərbaycanda koronavirusla bağlı bu günə olan statistik göstəriciləri açıqlanıb.
TƏBİB-dən Yenisabah.az-a daxil olan məlumata görə, bu gün ölkədə koronavirusla bağlı 7505 test edildiyi bildirilib.
Məlumata görə, indiyə qədər Azərbaycanda 544 735 test aparılıb. pizza sifarişi
Xatırladaq ki, bu günə qədər ölkəmizdə 22 464 nəfər koronavirusa yoluxub. 284 nəfər ölüb, 13 591-i isə sağalıb. Hazırda 8589 nəfər aktiv xəstə kimi qeydiyyatdadır.
Həmin şəxslərdən 329 nəfərin vəziyyəti ağırdır, 59 nəfər isə süni tənəffüs aparatı vasitəsilə xəstəliklə mübarizə aparır.
Telegram kanalımız