Azərbaycanda reanimasiyada olan koronavirus xəstələrinin sayı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda reanimasiyada olan koronavirus xəstələrinin sayı - Foto

Sağlamlıq

26 Avqust 2020 21:15 874


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 25-nə olan statistik göstəriciləri açıqlayıb.

Yenisabah.az xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 6 791 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 892 070 test aparılıb. Onlardan 35 707-sinin cavabı pozitiv çıxıb. İndiyədək 522 nəfər COVID-19-dan dünyasını dəyişib, 33 281 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 1904 nəfərdir. 150 nəfər reanimasiyada, 19 nəfər süni tənəffüs cihazındadır. pizza

Xatırladaq ki, bu gün Azərbaycanda 148 yoluxma faktı qeydə alınıb, 1 nəfər dünyasını dəyişib, 86 pasiyent sağalıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!