Azərbaycanda reanimasiyada olan koronavirus xəstələrinin sayı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda reanimasiyada olan koronavirus xəstələrinin sayı - Foto

Sağlamlıq

04 Sentyabr 2020 19:25 1316


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 4-nə olan statistik göstəriciləri açıqlayıb.

Yenisabah.az xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 7048 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 949 313 test aparılıb. Onlardan 37 031-nin cavabı pozitiv çıxıb. İndiyədək 543 nəfər COVID-19-dan dünyasını dəyişib, 34 419 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 2069 nəfərdir. 135 nəfər reanimasiyada, 16 nəfər süni tənəffüs cihazındadır. pizza mizza

Xatırladaq ki, bu gün Azərbaycanda 132 yoluxma faktı qeydə alınıb, 2 nəfər dünyasını dəyişib, 155 pasiyent sağalıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!