Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 6-na olan statistik göstəriciləri açıqlayıb.
Yenisabah.az xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 6612 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 963 104 test aparılıb. Onlardan 37 329-nun cavabı pozitiv çıxıb. İndiyədək 548 nəfər COVID-19-dan dünyasını dəyişib, 34 705 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 2076 nəfərdir. 130 nəfər reanimasiyada, 11 nəfər süni tənəffüs cihazındadır. Pepperoni pizza
Xatırladaq ki, bu gün Azərbaycanda 137 yoluxma faktı qeydə alınıb, 3 nəfər dünyasını dəyişib, 140 pasiyent sağalıb.
Telegram kanalımız