Azərbaycanda reanimasiyada olan koronavirus xəstələrinin sayı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda reanimasiyada olan koronavirus xəstələrinin sayı - Foto

Sağlamlıq

08 Sentyabr 2020 20:38 837


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 8-nə olan statistik göstəriciləri açıqlayıb.

Yenisabah.az xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 6798 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 973 828 test aparılıb. Onlardan 37 557-sinin cavabı pozitiv çıxıb. İndiyədək 552 nəfər COVID-19-dan dünyasını dəyişib, 34 965 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 2040 nəfərdir. 135 nəfər reanimasiyada, 12 nəfər süni tənəffüs cihazındadır. Pepperoni pizza

Xatırladaq ki, bu gün Azərbaycanda 139 yoluxma faktı qeydə alınıb, 1 nəfər dünyasını dəyişib, 128 pasiyent sağalıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!