Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 12-nə olan statistik göstəriciləri açıqlayıb.
Yenisabah.az xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 7351 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 1 002 727 test aparılıb. Onlardan 38 172-nin cavabı pozitiv çıxıb. İndiyədək 559 nəfər COVID-19-dan dünyasını dəyişib, 35 607 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 2006 nəfərdir. 123 nəfər reanimasiyada, 13 nəfər süni tənəffüs cihazındadır. pizza sifarişi
Xatırladaq ki, bu gün Azərbaycanda 135 yoluxma faktı qeydə alınıb, 2 nəfər dünyasını dəyişib, 167 pasiyent sağalıb.
Telegram kanalımız