Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 15-nə olan statistik göstəriciləri açıqlayıb.
Yenisabah.az xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 6921 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 1 020 029 test aparılıb. Onlardan 38 517-nin cavabı pozitiv çıxıb. İndiyədək 566 nəfər COVID-19-dan dünyasını dəyişib, 35 998 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 1953 nəfərdir. 111 nəfər reanimasiyada, 10 nəfər süni tənəffüs cihazındadır. pizza mizza
Xatırladaq ki, bu gün Azərbaycanda 114 yoluxma faktı qeydə alınıb, 2 nəfər dünyasını dəyişib, 138 pasiyent sağalıb.
Telegram kanalımız