Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 17-nə olan statistik göstəriciləri açıqlayıb.
Yenisabah.az xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 7601 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 1 035 286 test aparılıb. Onlardan 38 77-sinin cavabı pozitiv çıxıb. İndiyədək 571 nəfər COVID-19-dan dünyasını dəyişib, 36 289 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 1917 nəfərdir. 115 nəfər reanimasiyada, 8 nəfər süni tənəffüs cihazındadır. Sezar pizza
Xatırladaq ki, bu gün Azərbaycanda 119 yoluxma faktı qeydə alınıb, 2 nəfər dünyasını dəyişib, 140 pasiyent sağalıb.
Telegram kanalımız