Azərbaycanda deputatlığa namizəd qəzaya düşdü- Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda deputatlığa namizəd qəzaya düşdü- Fotolar

Hadisə

01 Fevral 2020 11:33 1562


Deputatlığına namizəd Nazim Bəydəmirli yol qəzasına düşüb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə N.Bəydəmirlinin özü sosial şəbəkədə məlumat yayıb: "İsalı kəndindən görüşdən qayıdarkən Fərzalı kəndində yüngül qəza keçirdik, bu səbəbdən Zamanlı, Mor-Mor, Göyəmli kəndlərindəki görüşlərimizi təxirə salmalı olduq.

Deyəsən, xalqımız demiş "göz dəydi". Sabahdan görüşlərimiz davam etdiriləcək, bu millətin yolunda ölümə də hazır olmalıyıq".  Sezar pizza

Qəza zamanı avtomobilə ciddi ziyan dəyib.

Nazim Bəydəmirlinin deputatlığa namizədliyi 104 saylı Gədəbəy - Tovuz seçki dairəsindən qeydə alınıb. O, 2005 - 2010-cu illərdə bu dairədən Milli Məclisin deputatı olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!