Azərbaycanda sabiq nazirin anası və həyat yoldaşı vəfat etdi - Yenilənib

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda sabiq nazirin anası və həyat yoldaşı vəfat etdi - Yenilənib

Hadisə

12 İyul 2020 19:23 1117


Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, "İmproteks Şirkətlər Qrupu"nun rəhbəri Füzuli Ələkbərova ağır itki üz verib.

Yenisabah.az xəbər verir ki, bu barədə "Report"a sabiq nazirin ailə üzvlərindən məlumat daxil olub.

Bildirilib ki, F.Ələkbərovun anası Ruqiyyə Ələkbərova və həyat yoldaşı İradə Ələkbərova  dünyasını dəyişib.  Toyuqlu pizza

"Ruqiyyə Ələkbərova və İradə Ələkbərova koronavirusdan vəfat etməyib. Ruqiyyə Ələkbərova yaşlı qadın idi. İradə xanım isə bir müddət əvvəl koronavirusa yoluxsa da, müalicə olunaraq sağalmışdı. Amma sağaldıqdan sonra insult keçirmişdi və buna görə də həkimlər onun həyatını xilas edə bilmədi", məlumatda bildirilib.

Qeyd edək ki, F.Ələkbərov 2006-2013-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsində çalışıb.

***

Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, "İmproteks Şirkətlər Qrupu"nun rəhbəri Füzuli Ələkbərova ağır itki üz verib.

Yenisabah.az xəbər verir ki, onun anası vəfat edib.

F.Ələkbərovun anasının koronavirusdan dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, F.Ələkbərov 2006-2013-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsində çalışıb.  /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!