Azərbaycanda şagird məktəbdə bıçaqlandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda şagird məktəbdə bıçaqlandı

Hadisə

12 Aprel 2022 10:24 1269


Siyəzən rayonunda orta məktəbdə bıçaqlanma olub.

Yenisabah.az “Qafqazinfo”ya istinadən məlumat verir ki, hadisə Siyəzən şəhər 1 saylı orta məktəbdə baş verib.

Həmin məktəbin 9-cu sinif şagirdi olan Aydın (şərti) 10-cu sinifdə oxuyan Tamerlanı (şərti) bıçaqlayıb. Ağır xəsarət alan məktəbli xəstəxanaya çatdırılıb. Marqarita pizza

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılıb. 

Hadisəni törədən 9-cu sinif şagirdi saxlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!