Azərbaycanda sahibkar məktub yazıb özünü asdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda sahibkar məktub yazıb özünü asdı

Hadisə

17 Aprel 2020 15:50 1517


Balakən rayonunda intihar olub.

Yenisabah.az-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Qazma kəndində baş verib.

Kənd sakini, 60 yaşlı Zeynəddin Sarıyevin meyiti ailə üzvləri tərəfindən yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsinin çardağında asılı vəziyyətdə aşkar edilib. Dominos pizza

Məlumata görə, Z.Sarıyev rayonda ticarətlə məşğul olub, bir neçə yerdə ticarət obyekti var.

Son vaxtlar Z.Sarıyevin ağrılardan və yuxusuzluqdan əziyyət çəkdiyi bildirilir.

Z. Sarıyevin intihar etməzdən əvvəl məktub yazdığı deyilir.

Faktla bağlı Balakən rayon Prokurorluğunda araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!