Azərbaycanda elan saytlarında satılan bəzi avtomobillərin qiyməti dodaq uçuqladır, desək, yanılmarıq.
"Yeni Sabah" xəbər verir ki, bu avtomobillərin, demək olar ki, hamısı təzədir və Bakıdakı avtosalonlarda satılır.
Elan saytlarında satılan ən bahalı avtomobil 450 min avroyadır (829 min AZN). "Bentley Mulsanne" markalı avtomobil 2018-ci ildə istehsal olunub.
https://cdn.yenisabah.az/files/bah1.jpg
2019-cu ildə istehsal olunan "Bentley Continental" markalı avtomobil isə 335 min avroya (617 min AZN) satılır.
https://cdn.yenisabah.az/files/bah2.jpg
Bu model avtomobilin 2018-ci ildə istehsal olunan seriyası isə 310 min avroya (571 min AZN) satışa çıxarılıb.
https://cdn.yenisabah.az/files/bah3.jpg
2014-cü il buraxılışlı "Lamborghini Aventador" markalı ikinci əl avtomobil isə Bakıdakı avtosalonlardan birində 330 min dollara (561 min AZN) satılır.
https://cdn.yenisabah.az/files/bah4.jpg
2013-cü ildə istehsal olunan "Rolls-Royce Wraith" markalı ikinci əl avtomobil 288 min dollara (489600 AZN) satışa çıxarılıb. /Oxu.az
https://cdn.yenisabah.az/files/bah5.jpg Telegram kanalımız