Azərbaycan axtarışda olan şəxsi Qırğızıstana təhvil verdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan axtarışda olan şəxsi Qırğızıstana təhvil verdi

Kriminal

24 İyun 2026 17:03 245


Azərbaycanda saxlanılan və beynəlxalq axtarışda olan Türkmənistan vətəndaşı Aqamuhammet Annaberdiyev Qırğızıstana təhvil verilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Vəsatəti Qırğız Respublikasının Baş Prokurorluğu qaldırıb. Dominos pizza

Beləliklə, 1999-cu il təvəllüdlü Türkmənistan vətəndaşı Aqamuhammet Annaberdiyevin cinayət məsuliyyətinə cəlb olunması təmin edilib.

A.Annaberdiyev Qırğızıstanda külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməkdə təqsirləndirilərək beynəlxalq axtarışa elan olunub. O, 2026-cı ilin aprel ayında Azərbaycanda saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!