Azərbaycanda şəhid ailəsinin evinə basqın edildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda şəhid ailəsinin evinə basqın edildi

Kriminal

13 İyul 2024 00:33 1714


Salyan rayonunun Sarvan kəndində evlərin birində oğurluq hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, naməlum şəxs axşam saat 22:00 radələrində şəhid Cavad Asif oğlu İsmayılovun ailəsinin evinə basqın edib.

Nəticədə şəxs evdən 1000 azn və qızıl-zinət əşyalarını oğurlayıb. Dominos pizza

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma davam edir.

Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin 19 yaşlı əsgəri olmuş Cavad Asif oğlu İsmayılov 2020-ci ilin dekabr ayında idarə etdiyi "KamAZ" markalı yük maşının minaya düşməsi nəticəsində həlak olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!