Azərbaycanda sensasiya: xəyanət edən qadın və sevgilisi intihar etdi, əri digər oynaşın qulaqlarını kəsdi 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda sensasiya: xəyanət edən qadın və sevgilisi intihar etdi, əri digər oynaşın qulaqlarını kəsdi 

Kriminal

01 Avqust 2019 09:43 3082


Beyləqan rayonunda ərinə iki nəfərlə xəyanət edən qadın intihar edib.

“Yeni Sabah” “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Birinci Şahsevən kəndində baş verib. 

Həmin kəndin ərazisində yerləşən uşaq bağçasında aşpaz işləyən N.Həsənova əri tərəfindən bağçanın gözətçisi Füzuli rayonunun Əhmədbəyli kənd sakini G.Baxşəliyev ilə birlikdə yataqda tutulub.  Sezar pizza

Hadisədən sonra qadın rayonun İkinci Şahsevən kəndində yerləşən ata evinə qaçıb və orada özünü asaraq intihar edib. Onunla birlikdə yataqda tutulan G.Baxşəliyev isə Füzuli rayonunun Əhmədbəyli kəndinə qaçıb və o da özünü asaraq intihar edib. 

Hadisədən sonra qadının əri R.Həsənov arvadının daha bir şəxslə - həmkəndlisi E.Elyarovla intim münasibətinin olduğunu öyrənib. Bu səbəbdən sözü gedən şəxslər arasında mübahisə olub. Mübahisə zəmnində R.Həsənov arvadı ilə intim münasibətdə olduğunu etiraf edən E.Elyarovu bıçaqlayaraq qulaqlarını kəsib. 

E.Elyarov xəstəxanaya çatdırılıb. 

R.Həsənov isə Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tətəfindən saxlanılıb və istintaqa cəlb edilib. 

Faktla bağlı bir neçə maddə ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!