Azərbaycanda sərvət dəyərində satılan bitki - Video

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda sərvət dəyərində satılan bitki - Video

Sosial

02 Aprel 2025 21:32 1252


Artıq yaz fəsli başlayıb. Buna görə də, insanlar həyətlərində yeni gül-çiçəklər, ağaclar əkməyə başlayıblar. Təbii ki, bu da satışda olan bitkilərə tələbatın artmasına səbəb olub.

Bəs qiymətlər necədir? Ən bahalı bitki alıcılara neçəyə təklif edilir?

Satıcılar deyirlər ki, qiymətlər ağacların yaşına və tarixinə görə dəyişir. Azərbaycanın bitki bazarında hətta 100 min manat civarında təklif edilən ağaclar da var. pizza

"Qiymətlər, eyni zamanda, bitkinin formasına, onun gözəlliyinə, gəldiyi ölkəyə görə də dəyişir. Təbii ki, yerli istehsal olanlar özünü hələ ki Türkiyədən, İtaliyadan gələnlər qədər doğrultmayıb. Yerli istehsal olan bitkilərin qiymətləri münasibdir. Əgər yerli şam ağacı 40 manata təklif olunursa, xarici məhsulun qiyməti 70-150 manat arasında dəyişir", - deyə satıcı bildirib.

Ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!