Azərbaycanda sərxoşluq edən 583 nəfər müalicəyə cəlb edilib

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda sərxoşluq edən 583 nəfər müalicəyə cəlb edilib

Sağlamlıq

04 Avqust 2020 13:28 600


2020-ci ilin 6 ayı ərzində ölkə üzrə sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinədən 10832 nəfər keçirilib.

Yenisabah.az Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövrüyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupuna istinadən xəbər verir ki, onlardan 3101 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə olunub:

“1759 nəfər istifadəçi aşkarlanıb və müvafiq qeydiyyata götürülüb. Hazırda  əvəzedici müalicə proqramı üzrə fəaliyyət göstərən 3 məntəqədə proqram çərçivəsində (Respublika QİÇS-lə Mübarizə Mərkəzində - 345, Respublika Narkoloji Mərkəzində - 165, Sumqayıt şəhər Narkoloji Dispanserində - 73) 583  nəfər xəstə müalicə alır”. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!