Azərbaycanda siyasi aktivlik üçün başqa nə lazımdır?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda siyasi aktivlik üçün başqa nə lazımdır?

Siyasət

05 May 2022 11:50 1823


2018-ci ilin Prezident seçkilərindən sonra ölkə Prezidenti İlham Əliyev bütün sahələrdə olduğu kimi, ölkəmizin siyasi sistemində də ciddi islahatların aparılması üçün iradəsini ortaya qoydu və bu istiqamətdə ciddi addımlar atılmağa başlandı.

Cəmiyyətin ictimai fəallığı, eləcə də müxalifət-iqtidar dialoqlarının tənzimlənməsi, yeni yaranmış siyasi partiyaların dövlət qeydiyyatının asanlaşdırılması, QHT-lərə verilən dövlət dəstəyi istiqamətində illərdən bəri özünü gözləyən bir sıra problemlərin həlli idtiqamətində real addımlar atıldı.

Bu müsbət tendensiyanın 2020-ci il parlament seçkilərindən sonra da davam etdirilməsi Vətən Müharibəsində bütün siyasi partiyaların dövlətin ətrafında birləşməsinə, eləcə də ordumuzun və xalqımızın maraqlarını təmin etməsinə gətirib çıxardı. Toyuqlu pizza

Mövzu haqda Yenisabah.az-a danışan Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı siyasi iqtidarın müxalifətlə daimi kontaktda olmasını müsbət qiymətləndirir:

“Parlament seçkilərinə qədər Prezident Administrasiyasında edilmiş dəyişikliklər və orada Siyasi Partiyalarla və Parlamentlə Əlaqələr üzrə xüsusi bir şöbənin yaradılması, eləcə də həmin şöbəyə Ədalət Vəliyev kimi kifayət qədər cəmiyyətimizdə tanınan və idarəçilik sahəsində əhəmiyyətli təcrübəsi olan, yüksək intellektli bir şəxsin təyinat alması və onun yaratmış olduğu komanda cənab Prezidentin tapşırıqlarının uğurla yerinə yetirilməsinə təkan verdi”.

AVP sədrinin sözlərinə görə, Ədalət Vəliyev ölkəmizdə olan demək olar ki, bütün siyasi partiyalarla, eləcə də onların rəhbərləri ilə görüşlər keçirdi, onlarla ətraflı müzakirələr apardı:

“Özünü radikal müxalifət kimi göstərən, az qala öz fəaliyyətlərində təkcə Azərbaycan iqtidarı ilə deyil, eləcə də yerlə göylə mübarizə aparmağı qarşısına məqsəd qoyan bir-iki partiya istisna olmaqla, ölkədə qeydiyyatdan keçən digər siyasi partiyaların bizim kimi rəhbərləri ilə görüşlər keçirildi.

Bu görüşlər sonradan sayca çoxaldı, ən müxtəlif formatlarda Azərbaycanın taleyi və ciddi məsələlərlə bağlı müzakirələr aparıldı. Eyni zamanda bəzi siyasi partiyalar da var idi ki, onlar uzunmüddətli fəaliyyət göstərsə də, qeydiyyata alınmamışdı, onların da qeydiyyat məsələləri həll olunmağa başladı. Demək olar ki, iqtidarla siyasi partiyalar arasında normal dialoqun yaradılması üçün əlverişli mühit formalaşdı”.

F. Ağamalı onu da vurğuladı ki, parlament seçkilərindən sonra irəliyə doğru daha ciddi addımlar atılıb:

“Yeni siyasi konfiqurasiya yaradıldı, parlamentdə təmsil olunan müxalifət partiyaları parlamentin idarə edilməsinə cəlb olundu və onlar artıq fərqli bir statusla bu gün parlamentdə öz fəaliyyətlərini davam etdirirlər. Bu proses davam edir.

Bildiyiniz kimi, Prezident Administrasiyasının təşəbbüsü ilə işğaldan azad olunmuş Ağdam şəhərinə, eləcə də mədəniyyət mərkəzimiz olan Şuşa şəhərinə səfərlər təşkil olundu. Xüsusi olaraq qeyd etmək istərdim ki, yaradılmış olan yeni konfiqurasiya, eləcə də Prezident Administasiyasının Siyasi Partiyalarla və Parlamentlə Əlaqə Şöbəsi 44 günlük müharibə dövründə çox önəmli bir nümunəni ortaya qoydu.

Aparılan iş özünün müsbət nəticəsini verdi. Torpaqlarımızın işğaldan azad edilməsində bütün siyasi baxışlar kənara qoyuldu və hamı eyni istiqamətdə fəaliyyətini quraraq dövlətin, silahlı qüvvələrimizin apardığı müharibəyə dəstək verdi. Bu, həqiqətən 44 günlük Vətən müharibəsində özünü qabarıq şəkildə göstərdi. Bu da, ölkə Prezidentinin aparmış olduğu siyasi islahatların bir başa məntiqi ilə bağlıdır.

Ümidvaram ki, bundan sonra da siyasi partiyaların Azərbaycanın siyasi mühitində yeri və rolu daha da güclənəcək, eləcə də iqtidarla müxalifət arasında münasibətlər sivil qaydada daha da inkişaf edəcək, ən müxtəlif platformalarda, ən müxtəlif məsələlər ətrafında yüksək səviyyəli müzakirələr davam edəcək”.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri (JuHi) Müşfiq Ələsgərli isə dövlətin siyasi partiyalarla yanaşı, vətəndaş institutlarına, QHT-lərə göstərdiyi dəstəkdən söz açıb:

“2018-ci ildən bu günə qədər etibarən cənab Prezidentin iradəsi ilə ölkədə tamamilə yeni bir mühit formalaşdırılır və bu mühit demokratik inkişaf yolundadır.

Burada geniş islahatlar dalğasına uyğun olaraq QHT, media, siyasi partiyalarla iş sektoru təkcə kadr və instusional siyasət baxımından dəyişmir, həm də yanaşmanın özü, münasibətlər sistemi dəyişir.

Bu baxımdan, dövlətin media, QHT, siyasi partiyalarla iş siyasətini hazırlayan, yürüdən kadrların özündə yeniliklər var. Həm bu sahənin özündə mövcud olan institutlar sahəsində, həm də yanaşmanın özündə biz yenilikləri görürük”.

JuHİ sədri əmindir ki, dövlət öz üzərinə düşən öhdəliyi yerinə yetirir:

“Həm QHT-lərin, həm media qurumlarının, həm də siyasi partiyaların institutlaşması baxımından onlara instusional qrantlar və yardımlar göstərilir ki, onlar həm ofis təminatı, eləcə də gündəlik fəaliyyətlərin yürüdülməsi baxımından imkanlar əldə etsinlər.

Bu, əslində, həm media qurumlarının, həm QHT-lərin, həm də siyasi partiyaların müstəqilləşməsinə, kənar qüvvələrin təsiri altından çıxmasına və işlərini müstəqil Azərbaycan dövlətinin maraqları çərçivəsində qurmağa təşviq edir və bu prosesi stimullaşdırır.

Məsələ ondadır ki, dövlət həm də qeydiyyat prosedurlarında, eləcə də fəaliyyət imkanlarında yeni səhifələr açır. Gördüyünüz kimi, ictimai sektorun ölkə içində fəaliyyətinin yüksək səviyyədə qurulması, beynəlxalq əməkdaşlığının inkişaf etdirilməsi üçün kifayət qədər addımlar atılır”.

“Yeri gəlmişkən, bu, həmçinin, ölkədaxili təşkilatlara deyil, eləcə də beynəlxalq statuslu təşkilatlara münasibətdə də özünü göstərir. Xatırlayırsınıza, bir neçə gün əvvəl ATƏT-in media azadlığı məsələləri üzrə komissarı Tereza Roberio Azərbaycana gəldi, onun geniş sfera ilə görüşü keçirildi.

Avropa Şurası, ATƏT, bir sıra digər təşkilatlar, eləcə də Aİ ilə münasibətlərdə də yenilənmə özünü göstərdi. Ümumilikdə, fikir versək görərik ki, Ermənistanla münasibətlərin, o cümlədən yerli ictimai siyasi sektorun tənzimlənməsi üçün Avropa İnstitutları ilə münasibətlər daha da intensivləşdirilir və Avropayla inteqrasiya istiqamətində mühüm addımlar atılır.

Bütün bunlar yeni icitmai siyasi kursun göstəricilərdir və hesab edirəm ki, bu, çox uğurlu bir addımdır. Çünki Azərbaycan demokratik instututlara inteqrasiya etdikcə, media, QHT, siyasi sektorda demokratik dəyərlər inkişaf etdikcə, bu, həm dövlətimizin xeyrinədir, həm də vətəndaşlarımızın. Yəni bu inkişaf tendensiyası özünü göstərir və hesab edirəm ki, bu, çox uğurludur və bunu belə də davam etdirmək lazımdır”, - deyə müsahibimiz fikirlərini tamamlayıb.

Rafi MÜSLÜMOV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanmışdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!