Azərbaycanda son gün koronavirusdan 29 nəfər öldü - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda son gün koronavirusdan 29 nəfər öldü - Foto

Sağlamlıq

22 Avqust 2021 17:25 1925


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 069 yeni yoluxma faktı qeydə alınıb, 1 180 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından 29 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 391 506 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 347 783 nəfər müalicə olunaraq sağalıb, 5 308 nəfər vəfat edib, aktiv xəstə sayı 40 415 nəfərdir. pizza hut

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 976, ötən müddət ərzində isə ümumilikdə 4 319 841 test aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!