Azərbaycanda son koronavirus statistikası -   Yoluxma sayı yenə artdı, 23 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda son koronavirus statistikası - Yoluxma sayı yenə artdı, 23 nəfər öldü

Sağlamlıq

13 Fevral 2022 19:02 2537


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 841 yeni yoluxma faktı qeydə alınıb, 6 772 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 23 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 745 169 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 686 088 nəfər müalicə olunaraq sağalıb, 9 050 nəfər vəfat edib, aktiv xəstə sayı 50 031 nəfərdir. pizza sifarişi

Ölkədə son sutka ərzində 17 387, hazırkı dövrədək isə 6 390 225 test aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!