Azərbaycanda son sutkada 32 nəfər koronavirusdan vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda son sutkada 32 nəfər koronavirusdan vəfat etdi

Sağlamlıq

21 Aprel 2021 17:10 651


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 075 yeni yoluxma faktı qeydə alınıb, 2 480 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 305 933 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 269 965 nəfər müalicə olunaraq sağalıb, 4 235 nəfər vəfat edib, aktiv xəstə sayı 31 733 nəfərdir. pizza hut

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 141 335, ötən müddət ərzində isə ümumilikdə 12 679 test aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!